05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

S-400-lər Türkiyəyə nə vaxt gətirilir? - AÇIQLAMA

01.07.2019

Rusiyanın S-400 zenit-raket kompleksləri yaxın 10 gün ərzində Türkiyəyə çatdırılacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb. O bildirib ki, rəsmi Anakara hələlik Rusiya silahının alınmasına görə ABŞ-dan sanksiya xəbərdarlığı almayıb.
Xatırladaq ki, iyunun 28-də ABŞ Senatı F-35 təyyarələrinin Türkiyəyə satılmasına qadağa qoyub. ABŞ və NATO Türkiyənin S-400 kompleksləri və F-35 təyyarələrinə yiyələndikdən sonra Rusiya sistemlərinin Amerika qırıcılarını izləyə biləcəyindən ehtiyat edir.
Rusiya və Türkiyə arasında dörd S-400 kompleksinin tədarükü barədə razılıq 2017-ci ilin sentyabr ayında əldə olunub. Sazişin dəyəri 2,5 milyard dollar təşkil edir və bu məbləğin yarısı Rusiya krediti ilə ödəniləcək.