05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UNESKO-nun baş direktoru Qobustanda - FOTO

30.06.2019

Azərbaycanda rəsmi səfərdə olan UNESKO-nun baş direktoru xanım Odri Azule Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.
Əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.
Burada olmaqdan şərəf hissi duyduğunu bildirən Odri Azule Qobustanın qədim tarixi olduğunu söyləyib: "İnsanların bu məkana qarşı xoş münasibətinin şahidi oldum".
Məlumat verilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qeyd edilib ki, Qobustan qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.
Qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.
Səfər çərçivəsində qonaq Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Asossiasasının təşkilatçılığı ilə keçirilən qadınların əl işlərindən ibarət "Göz nuru, əl əməyi” adlı sərgi ilə tanış olub. Həmçinin təşkil olunan "Qavaldaş” adlı zərb çalğı alətlərinin müxtəlif növlərində ifalar dinləyib, "Uşaq və Gənclərin II Respublika Festivalı” Müsabiqəsində olub.
Qonaq Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.