29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin “Patriot” almasına Obama izn vermədi - Tramp

29.06.2019

Türkiyə ilə münasibətlərimizdən çox məmnunuq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp Ərdoğanla dostluq əlaqələrinin olduğunu vurğulayıb. ABŞ prezidenti həmçinin Türkiyəyə səfər etməyi planladığını, lakin hələlik səfər tarixinin dəqiqləşmədiyini bildirib. Ağ ev rəhbəri həmçinin Türkiyəyə "Patriot” komplekslərinin verilməməsinin əsas günahkarının Obama olduğunu deyib:
"Türkiyənin "Patriot” almasına Obama izn vermədi. Türkiyəyə qarşı ədalətli olmadıq”.
S-400 zenit-raket kompleksləri ətrafında yaranan gərginlikdən danışan Tramp qeyd edib ki, məsələ ilə bağlı fərqli həll yolları ola bilər.
Ərdoğan isə Trampla danışıqların anlamlı keçdiyini vurğulayıb:
"Müdafiə sənayesi sahəsində atacağımız addımlar var. Hər şeydən öncə bizi strateji tərəfdaşlıq birləşdirir. Bu tərəfdaşlıq bir çox sahədə bir-birimizə dəstək verməyə bizi təşviq edir”.
Qeyd edək ki, bundan öncə Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş 55 dəqiqə davam edib.