29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Merkelin səhhəti ilə bağlı - AÇIQLAMA

29.06.2019

Almaniya kansleri Angela Merkel səhhəti ilə bağlı açıqlama verib. 
"Dövran Media" TASS-a istinadən verdiyi xəbərə görə, Yaponiyanın Osaka şəhərində keçirilən G 20 ölkələri liderlərinin sammitində iştirak edən A. Merkel səhhətində heç bir problemin olmadığını bildirib: "Əminəm ki, bu hal necə yaranıbsa, elə də gedəcək. Bu barədə xüsusi bir şey deyə bilmərəm. Özümü yaxşı hiss edirəm”. 
Qeyd edək ki, A. Merkel Ukrayna prezidenti Viladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb.
Oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib. Prezidenti Frank Volter Ştaynmayerin ədliyyə nazirinin vəzifəsinin icrasına başlaması ilə əlaqədar nitqi zamanı kansler onunla birlikdə zalda dayanıb. A.Merkel dayandığı yerdə güclü şəkildə titrəməyə başlayıb. O, təklif edilən sudan imtina edərək ayaq üstə qalmağa davam edib.