29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp: Kim Çen In ilə görüşməyə hazıram

29.06.2019

ABŞ Prezidenti Donald Tramp Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasında (DMZ) Şimali Koreya lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib.
Bu barədə Prezident Donald Tramp iyunun 29-da özünün "Twitter” səhifəsində yazıb.
Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilər” (G20) qrupunun sammitində iştirakını başa vurduqdan sonra iyunun 29-da Cənubi Koreyaya səfər edəcək Donald Tramp "Əgər Sədr Kim istəyərsə, DMZ-də onunla görüşüb əlini sıxmaq və "Salam” demək istəyərdim”, - deyə yazıb. ABŞ Prezidenti KXDR lideri ilə belə qısa görüşün yaxşı ola biləcəyini də qeyd edib.
Xatırladaq ki, cari ilin fevralında ABŞ və KXDR liderlərinin Vyetnamda keçirilən nəticəsiz görüşündən ötən bir neçə ayda Koreya yarımadasında nüvə məsələsinin həlli ilə bağlı ümidsizlik yaranmışdı. Ötən gün ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen nüvə proqramının ləğvi ilə razılaşmanın əldə olunması istiqamətində ölkəsinin KXDR ilə konstruktiv danışıqlara hazır olduğunu bəyan etmişdi.
ABŞ-ın dövlət katibi Mayk Pompeo Donald Tramp və Kim Çen In arasında yaxın günlərdə baş tutmuş məktub mübadiləsinin ABŞ-KXDR danışıqlarının bərpası ilə bağlı ümidləri artırdığını bildirmişdi.