29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəyə pis xəbər: Senat təsdiqlədi

28.06.2019

ABŞ Senatı müdafiə büdcəsinin 2020-ci ilə olan layihəsində Türkiyəyə beşinci nəsil F-35 təyyarələrinin verilməsinə dair qadağanı qəbul edib.
Sənədin lehinə 86, əleyhinə isə səkkiz senator səs verib.
Bundan sonra senatorlar və Nümayəndələr Palatasının üzvləri birgə büdcə layihəsi hazırlayıb dövlət başçısına təqdim etməlidirlər.
Bildirilir ki, qadağa yalnız Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi və gələcəkdə bu sistemləri ümumiyyətlə almayacağına dair "etibarlı zəmanət” verməsindən sonra aradan qaldırıla bilər.
Qeyd edək ki, rəsmi Ankara Rusiyadan S-400 sistemlərini almaqdan imtina etməyəcəyini bəyan edib. Komplekslərin ilk partiyası Türkiyəyə iyulda çatdırılmalıdır.
ABŞ bəyan edir ki, S-400 sistemləri NATO standartlarına uyğun deyil.