06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB-nin Bakı rəsmisi ilə görüş: islahat dalğası...

27.06.2019

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim, tələbə və məzunları ilə görüşü keçirilib.
Görüşü Qafqaz Siyasi Analiz Mərkəzi (CPAC) təşkil edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankaukas arasında görüş baş tutub. Görüş əsasında Azərbaycanda son illərdə aparılan davamlı siyasi, iqtisadi və sosial tədbirlər barəsində fikir mübadiləsi aparılıb.
Akademiyanın müəllim, tələbə və məzun heyəti ilə görüşün açılış nitqini edən Qafqaz Siyasi Analiz Mərkəzinin (CPAC) direktoru Əhməd Əlili tədbirin mahiyyəti haqda məlumat verib, tədbirin təşkil edilməsində iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına minnətdarlıq bildirib.
Görüş zamanı cənab səfir "Dəyişən regional mühitdə AB-Azərbaycan münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib; Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müasir durumu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın AB İnstitutları ilə birgə fəaliyyəti, AB-Azərbaycan qarşılıqlı münasibətlər dinamikası, tərəflər arasında əməkdaşlığın perspektivləri mövzularına toxunulub.
Çıxışdan sonra cənab səfir bu mövzularla maraqlanan akademik dairələrin təmsilçiləri, tədqiqatçıları və tələbələrin suallarını cavablandırıb.