02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Üç qadın güləşçimiz yarımfinalda

27.06.2019

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Bu gün son dörd qadın güləşçimiz mübarizəyə qoşulub.
Mariya Stadnik (-50 kq) mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə 10:0 qalib gələrək yarımfinala yüksəlib. Onun rəqibi türkiyəli Evin Dəmirhan olacaq.
Alyona Kolesnik (-57 kq) yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb – 10:0. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına 0:6 hesabı ilə məğlub olub.
Elmira Qəmbərova (-62 kq) ilk mərhələdə Almaniya təmsilçisinə 4:0 qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən (9:0) yolundan kənarlaşdıraraq, yarımfinala vəsiqə qazanıb. Onun yarımfinaldakı rəqibi rumıniyalı Krişta İnçe olacaq.
Səbirə Əliyeva (-76 kq) üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib – 9:0. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən (8:2) Əliyeva adını yarımfinala yazdırıb. O, finala çıxmaq üçün almaniyalı Rafadelt Fransi ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.