03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

G20 -yə yola düşən prezidentin təyyarəsində kokain

27.06.2019

Braziliya Prezidenti Jair Bolsonarunun təyyarəsinin göyərtəsində 40 kiloqram kokain aşkar edilib.
Bu məlumatı "Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, kokain prezidentin təyyarəsi G20 sammitinə yola düşən zaman İspaniyada tapılıb. Belə ki, təyyarə burada yanacaq doldurmaq üçün eniş edib və İspaniya gömrükçüləri təyyarənin göyərtəsində yoxlanış həyata keçiriblər. Kokainin prezidentin komandasında yer alan hərbçilərdən birindən aşkarlandığı müəyyən olunub.
Bolsonaru artıq bəyanat yayaraq buna heç bir aidiyyətinin olmadığını deyib.
Braziliya Müdafiə Nazirliyi isə kokainin aşkar edildiyi hərbçinin İspaniyada həbs olunduğunu təsdiqləyib.