03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Turizm polisləri işə başlayacaq

27.06.2019

Turizm polisi məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur.
Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, söhbət sırf polis işçisindən deyil, turistin istədiyi vaxt yardım ala biləcəyi şəxslərin olmasından gedir:
"Artıq bununla bağlı hüquqi razılıq var. Şəhərdə xüsusi geyimlərdə turizm polisinin fəaliyyət göstərməsi ilə bağlı ilkin razılıq əldə olunub”.
K.Qasımov əlavə edib ki, şəhərin müxtəlif yerlərində turistlərə dəstək mərkəzləri də yaradılacaq:
"Dövlət qurumları vahid mərkəzdən turistlərə xidmət göstərəcəklər”.