03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadın güləşçilərimiz Avropa Oyunlarına qələbə ilə başladı

27.06.2019

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Xəbər verildiyi kimi, bu gün son 4 qadın güləşçimiz mübarizəyə qoşulub. 1/8 final mərhələsində, 57 kq çəki dərəcəsində Alyona Kolesnik Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib.
1/8 final mərhələsinin 62 kq çəki dərəcəsində isə güləşçimiz Elmira Qəmbərova almaniyalı Luzi Manke üzərində 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu gün 1/8 final mərhələsinin 76 kq çəki dərəcəsində Səbirə Əliyeva alman təmsilçisi Aykaterinierini Pitsiava ilə qarşılaşacaq.
1/4 final mərhələsində isə Mariya Stadnik (50 kq) - İtaliya təmsilçisi Emanuela Liuzzi və ya Polşa təmsilçisi Anna Lukasiak ilə güləşəcək. Alyona Kolesnikin rəqibi isə bolqarıstanlı Mimi Xristova olacaq.