02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran ABŞ-a cavab verdi

27.06.2019

İranın xarici işlər naziri Məhəmməd Cavad ABŞ prezidenti Donald Trampın İranı "məhv” etməyə hazır olmağı ilə bağlı bəyanatına cavab verib. Bu barədə CNN məlumat verir.
Nazir bildirib ki, Trampın sözləri ABŞ-ın qeyri-qanuni planlarından xəbər verir.
"Birləşmiş Ştatlar İranı "məhv edə” bilməz. Tramp BMT-nin bu cür hədələrin qeyri-qanuniliyi qeyd olunan qərarının olduğunu yada salmalıdır”, - deyə Cavad vurğulayıb.
Xatırladaq ki, Tramp rəsmi Tehranı hədələyərək, ABŞ-a qarşı istənilən yeni hücum olduğu təqdirdə İranı "məhv” edəcəyini bildirmişdi.