03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada təyyarə qəzası: Pilotlar ölüb - FOTO + VİDEO

27.06.2019

Rusiyada, Buryatiya Respublikasının şimalında "Anqara” aviaşirkətinə mənsub "An-24” sərnişin təyyarəsi qəza enişi edib. Hadisə zamanı iki pilot ölüb, daha yeddi nəfər xəsarət alıb.
"RİA Novosti” bildirir ki, bu barədə respublika rəhbərinin mətbuat katibi Aleksey Fişev məlumat yayıb.
Onun sözlərinə əsasən, təyyarədəki biri uşaq olmaqla, 43 nəfər xilas edilib.
"Təyyarə bu gün səhər saatlarında Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün havaya qalxıb. Bir qədər sonra onun mühərriklərindən birində nasazlıq yaranıb. Heyət hava limanına qayıtmaq qərarına gəlib.
İlkin məlumata görə, təyyarə eniş edərkən, uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Nəticədə, təyyarə alışıb”, - deyə Fişev bildirib.