03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Facebook” yeni ofis açır - Mərkəzləşmə

27.06.2019

"Facebook” şirkəti Manhettendə 92,9 min kv.m sahəsi olan ofis icarəyə götürməklə bağlı danışıqlar aparır. 
Bu barədə "The Wall Street Journal ” qəzeti öz mənbəyinə istinadla xəbər verir.
Söhbət Manhettendə Hadson-Yard 50 ünvanında yerləşən hazırda tikilməkdə olan göydələndən gedir. Tərəflər razılığa gələ bildiyi təqdirdə, "Facebook”  özünün Nyu-York ştatında yerləşən bir neçə şöbəsini bir ofisdə birləşdirəcək. 
Gələcək göydələndə artıq "WarnerMedia” holdinqi və "KKR & Co” investisiya şirkəti ofislər rezerv ediblər.
Qeyd edək ki, layihənin tikintisinə cari ilin mart ayında başlanılıb.