05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya hərbçilərini Venesueladan çıxarır

27.06.2019

Rusiya son bir neçə ayda hərbi texnikalara texniki yardım göstərən mütəxəssislərini Venesueladan çıxarır.
Bu barədə məlumatı öz Feysbuk səhifəsində Rusiyanın Venesueladakı Səfirliyi yayıb.
"Venesuela ilə hərbi-texniki sahədə müqaviləyə əsasən bu ölkədə texniki yardım göstərən rusiyalı mütəxəssislər iyunun 26-da İl-62 təyyarəsi ilə Karakasdan Moskvaya qayıdıblar”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, cari ilin yazında Rusiya Karakasa 99 hərbi mütəxəssis göndərmişdi. Venesuelaya gələn nümayəndə heyətinə o zaman Rusiya Quru Qoşunlarının Baş Qərargah rəisi Vasili Tonkoşkurov rəhbərlik edirdi. Moskvanın belə davranışı az sonra Vaşinqtonun kəskin reaksiyasına səbəb olmuş, Ağ Ev Kremli Venesuelanın daxili işlərinə müdaxilədə ittiham etmişdi.