05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentdən Vəfa Zeynalovaya ev hədiyyəsi

26.06.2019

Bu barədə V.Zeynalova öz Feysbuk səhifəsində paylaşım edib və dövlət başçısına təşəkkürünü bildirib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına!
Möhtərəm Cənab Prezident.
Bu gün Azərbaycan Silahlı Qüvvələrin yaranmasından 101 il keçir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayği bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə SİZƏ, sənətə və sənətkarlara sahib çıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Allah Dövlətimizi, Xalqımızı və SİZİ qorusun!”