Rəsmi London ABŞ-a qoşulmayacaq 
    
                          
     
                         25.06.2019
 
    
                         Vaşinqton xahiş etsə belə, Rəsmi London İranla müharibədə ABŞ-a qoşulmayacaq.
Bunu Britaniyanın Xarici İşlər naziri Ceremi Hant bəyan edib.
Onun sözlərinə görə, ABŞ Böyük Britaniyanın ən yaxın müttəfiqidir, buna görə tərəflər daima bütün xahişləri diqqətlə öyrənir.
"Mən onların müharibə ilə bağlı hər hansı addım atmağımızı xahiş etmələrini və ya bizim buna razılaşmağımızı təsəvvür edə bilmirəm”, - deyə Hant bildirib.
XİN rəhbərinin sözlərinə görə, Böyük Britaniya hesab edir ki, İran nüvə sazişinin saxlanılması və Yaxın Şərqdə nüvə silahının olmaması üçün bu razılığın şərtlərinə mütləq əməl etməlidir.