AKP-dən bələdiyyələrlə bağlı  Şok QƏRAR 
    
                          
     
                         25.06.2019
 
    
                        23 iyul seçkilərini 800 min səs fərqiylə uduzan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyələrin şəhərsalma ilə bağlı bəzi səlahiyyətlərini məhdudlaşdıraraq, Ekologiya və Şəhərsalma Nazirliyinə verib.
Yeni qərara əsasən, nazirlik Türkiyədəki bütün şəhərsalma layihələrinə müdaxilə edə biləcək.
Yeni qərara görə, Ekologiya və Şəhərsalma Nazirliyi birbaşa, yaxud şikayət əsasında bələdiyyələrə layihələrin dayandırılması tələbini irəli sürə biləcək.
Qeyd edək ki, iyunun 23-də İstanbulda keçirilən bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. O, bu prosesdə AKP-dən olan rəqibi Binəli Yıldırımı məğlub edib.