02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

II Avropa Oyunlarında son vəziyyət: 11 medalımız var

25.06.2019

 Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında idmançılarımız mübarizəni davam etdirirlər.
Xəbər verildiyi kimi, indiyədək 11 medal qazanmışıq.Bunlardan dördü gümüş, yeddisi bürünc medaldır.
Bu göstərici ilə millimiz hazırda 24-cü sıradadır. Rusiya yenə 48 medalla liderlik edir. Şimal qonşumuz 22 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb.
İkinci yerdə 38 medalla Belarus gedir. Meydan sahiblərinin 11 qızıl, 9 gümüş və 18 bürünc medalı var.
Digər qonşumuz Gürcüstan isə artıq üçüncü sıraya qalxıb. 20 medalı olan gürcülər altı qızıl, beş gümüş və doqquz bürünc medal qazanıblar.
Qeyd edək ki, II Avropa Oyunları iyunun 30-da başa çatacaq./oxu.az/