02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabahın havası

25.06.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti təşkil edəcək.