03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya donanmasını ayağa qaldırdı

25.06.2019

Rusiyanın Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlanılmalarına başlanılıb.
Xəbər verildiyi kimi, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, yoxlamalar zamanı dəniz, sahil və hava hədəflərinə raket və artilleriya atışları həyata keçirilib.
Ümumilikdə yoxlamalarda 35 hərbi gəminin iştirakı nəzərdə tutulub. Təlimdə iştirak edəcək gəmilər sırasında "Tatarıstan” raket gəmisi, "Həştərxan”, "Qrad Sviyajsk”, "Uqliç”, "Volqodonsk”, "Mahaçqala” kiçik raket və artilleriya gəmiləri yer alıb.
Qeyd edək ki, Rusiya dünəndən etibarən Mərkəz və Cənub hərbi dairələrində də qəfil döyüş hazırlığı yoxlamalarına başladığını bəyan edib.