03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koçaryan Paşinyanı ittiham etdi

25.06.2019

Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan 2008-ci ilin martında Yerevanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır.
Bu ittihamı ölkənin sabiq Prezidenti Robert Koçaryan irəli sürüb. Onun sözlərinə görə, yeni hakimiyyət öz günahını inkar edir və bunu Koçaryanın üstünə yıxmaq istəyir. 
"Ermənistanın hazırkı Baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm", - deyə Koçaryan bildirib.
O, Qarabağ münaqişəsinin nizamlanmasında fərqli mövqeyi müdafiə etdiyini və buna görə təqib olunduğunu ehtimal edib.