03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Samuxda aviabomba aşkar edildi - FOTO

24.06.2019

Daxili İşlər Nazirliyindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub.
Agentlikdən verilən məlumata görə, daxil olmuş məktuba əsasən xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsinin əməkdaşları iyunun 24-də qeyd olunan əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Samux rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aviabombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.