03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Anarın oğlunun kitabı təqdim edildi

24.06.2019

Bu gün AZƏRKİTAB - Kitab Təbliğatı Mərkəzində yazar Tural Anaroğlunun "Yad planetli” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan "Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənov belə tədbirlərin keçirilməsinin gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıdığını bildirib.
Yeni kitabını oxuculara təqdim edən Tural Anaroğlu hekayələrinin "Azərbaycan”, "Ulduz”, "Qobustan” jurnallarında, "Ədəbiyyat qəzeti”ndə, "525-ci qəzet” və "Exo” qəzetində dərc edildiyini deyib. Son nəşri olan "Yad planetli” kitabı barədə məlumat verən yazıçı bu topluya daxil olan hekayələri həyatda baş vermiş hadisələr əsasında yazdığı qeyd edib.
Tanınmış ziyalıların və yazıçıların iştirak etdiyi tədbirdə yazıcının kitabının və yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən söhbət açılıb.