Qazaxıstanda partlayış: sakinlər təxliyyə olunur -   VİDEO 
    
                          
     
                         24.06.2019
 
    
                        Bu gün səhər saatlarında Qazaxıstanın cənubunda, Türküstan vilayətinin Arıs şəhərindəki hərbi hissənin anbarında partlayış olub.
REN TV xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda Arısda hərbi hissənin yaxınlığındakı evlərdən sakinlərin təhlükəsizlik məqsədilə Şımkənd şəhərinə təxliyyəsinə başlanıb.
Ölən və yaralılar barədə məlumat daxil olmayıb.