Ən məşhur kluba  "Azərbaycan" adı verilir 
    
                          
     
                         24.06.2019
 
    
                        					Güney Azərbaycanın "Traktor" klubu bundan sonra "Traktor Azərbaycan F.C" adlanacaq.
Xəbər verildiyi kimi,  bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Bildirilib ki, artıq klub rəhbərliyi bu adı təsdiq edib, sadəcə, kiçik nüanslar qalıb.
Qeyd edək ki, ötən gün "Traktor" klubunun adından "Sazi" sözünün çıxarılması və "Azərbaycan" sözünün əlavə edilməsi haqda məlumat yayılsa da, azarkeşlər bunun şayiə olduğunu iddia etmişdilər.
"Traktor" türk dünyasında ən çox azarkeşi olan klub hesab edilir.