03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güləşçilərimiz Avropa ikincisi oldu - FOTO

24.06.2019

İtaliyanın Faenza şəhərində bir həftə davam edən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından erilən məlumata görə, yunan-Roma güləşi üzrə millimizin ardınca sərbəst güləş yığmamız da qitə birinciliyini uğurlu nəticələrlə başa vurub. Belə ki, sərbəst güləşçilərimiz İtaliyada 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanıb. Bu nəticəylə millimiz 153 xal toplayaraq komanda hesabında Avropa ikincisi olub. Rusiya 190 xalla birinci, Gürcüstan isə 140 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, yığmamızın heyətində Sabir Cəfərov (60 kq) Avropa çempionu olub. Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) isə bürünc medal qazanıb.