Səudiyyə qorxuya düşdü:  İstiqamət dəyişdirildi 
    
                          
     
                         23.06.2019
 
    
                        Səudiyyə Ərəbistanı Hava Yolları təyyarələrin istiqamətində dəyişiklik edib.
Şirkət Oman körfəzi və Bosfor boğazı istiqamətində hərəkət edən təyyarələrin marşrutunu dəyişdirib.
Qərar təhlükəsizlik və ərazidə artan gərginliklə əlaqələndirilir.
Xatırladaq ki, ötən günlərdə İran Hörmüzqan əyalətində ABŞ-a məxsus pilotsuz kəşfiyyat aparatını sərhədi pozmaqda ittiham edərək zərərsizləşdirib. Hadisədən sonra ABŞ prezidenti Donald Tramp İrana hücum əmri versə də, bu fikirdən son anda daşınıb.