01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İdmançımız finalda: Rəqib ermənidir

23.06.2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları davam edir.
bu gün Azərbaycanın üç samboçusu mübarizəyə başlayıb.
52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksəlib. O, çempion adı uğrunda qarşılaşmada ermənistanlı Tiqran Kirakosyanla görüşəcək.
Digər iki samboçumuz 1/4 finalda uduzublar. Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidisə, Abdulla Abdullayev (74 kq) xorvatiyalı Sumpor Dino Dominikə məğlub olub.
Buna baxmayaraq, samboçularımız təsəlliverici döyüşlərə qatılacaq. C. Qarayev estoniyalı Vadim Fominlə, A. Abdullayev ermənistanlı Arsen Qazaryanla üz-üzə gələcək.