01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Gürcüstana uçuşları DAYANDIRIR

22.06.2019

Rusiyanın ən böyük hava yolları şirkəti olan "Aeroflot” iyulun 8-dən etibarən Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb.
Bu barədə hava yolları şirkəti öz saytında məlumat dərc edib.
Aviaşirkət bildirib ki, iyulun 8-i və ya sonrakı günlərdə Rusiyaya səfər üçün bileti olan sərnişinlər bu səfəri heç bir əlavə ödəniş etmədən daha erkən tarixə keçirə bilər və ya biletləri qaytara bilərlər.
Gürcüstana səfər edəcək sərnişinlər də biletləri geri qaytara bilərlər və onlar ödənişlərini tam geri alacaqlar.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.