09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəşər Cəfəri: “Türkiyə qoşunlarını geri çəkməlidir”

06.04.2018

”Bu yaxınlarda Rusiya, Türkiyə və İran liderlərinin Ankarada keçirilən üçtərəfli görüşü Astana razılaşmasının nəticəsidir. Bu razılaşma həmin üç ölkə arasında koordinasiyanı vacib edir”.
Bu sözləri Qoşulmama Hərəkatının aralıq nazirlər konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri deyib.
B. Cəfəri bildirib ki, Astana razılaşmasına əsasən Türkiyə Suriyanın İdlib vilayətinə monitorinq və terror birləşmələrinə nəzarət məqsədilə ancaq yüngül silahla təchiz olunmuş polis qüvvələri göndərməli olduğu halda, qoşun göndərib, bu da razılaşmanın şərtlərini pozur: "Ümid edirik ki, Suriya ərazisindən qoşunlarını geri çəkməsi üçün üçtərəfli mexanizm çərçivəsində Türkiyə hökumətinə gərəkli təzyiq göstəriləcək. Türkiyənin Afrin əməliyyatı Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarları və Qoşulmama Hərəkatının prinsipləri baxımından hərbi təcavüzdür”.
"DM"