06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qavrilovun qovulmasına Rusiyadan münasibət

21.06.2019

Gürcüstanda baş verən kütləvi iğtişaşlar Gürcüstan hakimiyyətinin uğursuzluğudur.
Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.
"Qavrilov fiquru müxalifət tərəfindən hakimiyyətə qarşı hücum üçün istifadə edilib. Rusiya burada sadəcə yaxşı bəhanədir. Aydındır ki, müxalifət Rusiya ilə döyüşmək istəyir, indiki hökumət kimi hansısa ümumi dil tapmağa cəhd etmir”, – deyə o bildirib.
Kosaçev Gürcüstan hökumətinin Qavrilovu qoruya bilmədiyini söyləyib.
Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı sessiyasının plenar iclasına Rusiyanı təmsil edən kommunist Sergey Qavrilov sədrlik etməsi gərginliyə səbəb olub. Belə ki, 1992-93-cü il olaylarında Cənubi Osetiya və Abxaziya tərəfdə olan və hazırda da Gürcüstanın ərazi bütövlüyünü tanımayan Qavrilova qarşı etirazlar artıb.
Etirazlara əhali də qoşulub, Qavrilov isə hüquq-mühafizə orqanlarının müşayiəti ilə ölkədən yola salınıb.