06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnflyasiya olacaqmı? - Nazir müavinindən acıqlama

21.06.2019

İnflyasiyanın nəzarət altında saxlanılması çox vacibdir. Bu günə qədər hökumətin həyata keçirdiyi siyasət buna imkan yaradıb.
Xəbər verildiyi kimi, bunu bu gün Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini deyib ki, növbəti 2-3 ayda bu prosesin nəzarət altında saxlanılacağına ümid olunur:
"İlin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transferlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir”.
Qeyd edək ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.