06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunanlar və ermənilər Bakıya niyə gəlmədilər?

21.06.2019

Yunanlar və ermənilər Bakıdakı beynəlxalq tədbirə niyə gəlmədilər?
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyasını yüksək səviyyədə təşkil etdi, tədbirdə 10 ölkə təmsil olundu.
Bunu jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev bildirib.
A.Hacıyev Yunanıstan və Ermənistan nümayəndə heyətlərinin QDİƏT PM-in 53-cü Baş Assambleyasında iştirak etməməsinə də münasibət bildirib. O qeyd edib ki, Yunanıstanda parlament seçkiləri keçirilir:
"Artıq Yunanıstan parlamenti buraxılıb, ona görə də bu Assambleyada Yunanıstan nümayəndə heyəti iştirak etmədi. Ermənistan nümayəndə heyəti isə, həmişə olduğu kimi, dəfələrlə bizdən təhlükəsizliklə bağlı zəmanət məktubları istədi. Həmin məktub onlara təqdim edildi.
Qurumun Beynəlxalq Katibliyində Ermənistanın nümayəndəsi var, o da bu tədbirdə iştirak etdi. Azərbaycan bir daha dünyaya göstərdi ki, ölkəmizdə hər kəs üçün lazımi təhlükəsiz şərait yaradılır”.
Ermənistan tərəfi düşünürdü ki, biz onlara məktub verməyəcəyik, onlar da dünyaya səs salacaqlar. Bundan əvvəl Bakıda keçirilmiş tədbirə görə də dəfələrlə məktub istədilər, məktub göndərildi, lakin dedilər ki, məktub göndərilməyib. Biz onlara sübut etdik ki, məktub göndərilib və axırda özləri də təsdiqlədilər. Sonra Ermənistan nümayəndə heyəti bildirdi ki, məktub gəlib, ancaq parlamentin dəftərxanasında itirilib. Bu, qeyri-ciddi hərəkətdir. Ermənilər oyun oynayırlar”, - deyə A.Hacıyev əlavə edib.