05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mehriban Əliyeva uşaqlarla rəqs etdi - FOTO

21.06.2019

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.
M.Əliyeva və L.Əliyeva sosial xidmət müəssisəsində olarkən uşaqların yaşayış şəraiti ilə maraqlanıb və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.
Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin "Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.
M.Əliyeva rəqs bacarığını nümayiş etdirən uşaqlarla birlikdə rəqs edib, onlarla xoş dəqiqələr keçirib.