02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Diplomat: Şimali Koreyanın çöküşü qaçılmazdır

20.06.2019

Şimali Koreyada hərbi çevriliş imkanları məhduddur.
Bunu Tokioda jurnalistlərə açıqlamasında 2016-cı ildə ailəsi ilə Cənubi Koreyaya qaçan keçmiş yüksək vəzifəli Şimali Koreya diplomatı Txe Yon Xo deyib.
"Ölkənin hazırkı müdafiə strukturunda hansısa çevrilişə və ya liderin hərbçilər tərəfindən uzaqlaşdırılmasına heç bir imkan yaradılmayıb. Ölkənin unikal hərbi strukturu var və o, müharibə üçün uyğunlaşdırılmayıb. Baş Qərargah yalnız silahsızlandırılmış zonada 600 hərbçiyə nəzarət edə bilər. Şimali Koreya hərbçilərinin heç bir silahı yoxdur, Pxenyanı mühafizə edən hərbçilər isə Şimali Koreya Müdafiə Nazirliyinə tabe deyil. Hərbçilərdən heç kim çevriliş təşkil edə bilməz və yalnız Kim Çen İn ordunun fərqli sektorlarını nəzarətdə saxlaya bilər. Bu ölkədəki rejim daha 10-20 il davam edəcək, amma onun çöküşü qaçılmazdır”, – deyə o bildirib.
Qeyd edək ki, Txe Yon Xo Şimali Koreyanın Londondakı Səfirliyində müşavir olaraq çalışıb.