30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordumuz döyüş atışlarını icra etdi - VİDEO

19.06.2019

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilib.
Təlimlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetiriblər. Motoatıcı, artilleriya, zirehli tank bölmələri, eləcə də hava hücumundan müdafiə vasitələri döyüş atışları icra ediblər.