30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dumada ara qarışdı: Jirinovski zalı tərk etdi

19.06.2019

Rusiya ətrafında yaşayan etnik ruslara bu ölkənin vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında qanun layihəsinin hakim Vahid Rusiya Partiyası tərəfindən dəstəklənməməsi mübahisələrə səbəb olub.
Bu məlumatı "Rosbalt” agentliyi yayıb. Məlumata görə, mübahisəni Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yaradıb və o, etiraz olaraq iclas zalını tərk edib:
"Sizin vətəndaşlarımızın çoxunun xeyrinə olan qanuna səs verməməyiniz məni sizinlə bir yerdə olduğuma görə iyrəndirir. Yalnız ruslar Rusiya vətəndaşlığını almaqda çətinlik çəkdiklərinə dair şikayət edirlər. Ruslar növbədə dayanırlar. Xalqımızla məzələnirlər, bu, parlament üçün utancdır. Övladlarınıza deyin ki, rus deyilsiniz və rus xalqının satqınısınız”.