30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İmamoğlu və Yıldırım debatı: Qalib kimdir? - AÇIQLAMA

19.06.2019

Yıldırımla İmamoğlu arasında keçirilən debatın gedişi seçicilər arasında ciddi mövqe dəyişikliyinə səbəb olmayıb.
Bu sözləri açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy istanbul bələdiyyə sədrliyinə AKP-nin namizədi Binəli Yıldırımla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında keçirilən debatın nəticələrini qiymətləndirərkən deyib. O, 16 iyunda keçirilən debatda tərəflərin bir-birlərini günahlandırmaqdan daha çox, öz istək və təkliflərini müdafiə etməyə çalışdığını söyləyib:
"Bu debatın İstanbul seçiciləri arasında mövcud olan əvvəlki vəziyyətlə müqayisdə çox ciddi bir fərq yaratdığını düşünmürəm. Namizədlər daha çox əvvəl səsləndirilən təkliflərin müzakirəsini etdilər. Qərarı qeyri-müəyyən olan, ya da bir tərəfdən o biri tərəfə keçməyə meyilli olan seçicilərdə fikir dəyişikliyi yarandığını düşünmürəm. Əslində bu debat bilinən mövqelərin təkrarı idi. Burada önəmli olan hər iki tərəfi dəstəkləyən media quruluşlarının və ya mütəxəssislərin prosesləri hansı şəkildə idarə etməsi ilə bağlıdır. Həm İmamoğlunun vədlərinə, həm də Binəli Yıldırımın irəli sürdüyü tezislərə qarşı müəyyən tənqidlər var. Yəni ekspertlər hər iki tərəfin səsləndirdiyi fikir və təklifləri mediada müzakirə edirlər. Bu baxımdan debatda kiminsə qalib gəldiyini və ya məğlub olduğunu söyləmək olmaz”.
Politoloq Türkiyədə debatdan sonra keçirilən sorğuda İmamoğlunun 2 faiz səs üstünlüyü əldə etməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

"Bu soğunun keçirilməsi zamanı namizədlərin hansı kriteriyalar əsasında dəyəndirilməsinə, sorğunu hansı şirkətin keçirməsinə, sözügedən şirkətin nə dərəcədə etibarlı və tanınmış olmasına da nəzər yetirmək lazımdır. Ancaq bir məqamı qeyd edim ki, sorğuların nəticələrinin hesablanma mexanizmində 2 faizlik yanılma ehtimalı var. Yəni hər hansı bir mövzuda keçirilən sorğunun nəticəsi real vəziyyətdən iki faiz – çox və ya az - fərqlənə bilir. Buna görə də debatdan sonrakı nəticələrdə İmamoğlunun 2 faiz üstünlüyü nisbi nəticədir”.
N.Cəfərsoy debatın keçirilməsinin əsas səbəblərindən də danışıb:
"Müxalifət partiyası davamlı olaraq debat təşkil edilməsini istəsə də, hakimiyyət buna yaxın durmurdu. Tərəflər arasında debat keçirilməsinin ən önəmli səbəbi hakim partiyanın rəy sorğularında geridə görünməyidir. Bu fərq əhəmiyyətli olduğuna görə AKP razılıq verdi ki, bu fərqi qapada bilsin. Amma AKP-nin məqsədinə nə dərəcədə nail olması barədə konkret söz söyləmək olmaz. Hazırda tərəflər arasında informasiya müharibəsi qızışıb. Əslində debat deyil, debatdan sonra aparılacaq təbliğat səsvermənin nəticələrinə çox böyük təsir göstərəcək”.
Qeyd edək ki, Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında debat 16 iyunda keçirilib. İstanbul böyükşəhər bələdiyyəsi başqanlığına təkrar seçkilər isə 23 iyunda olacaq.