Pentaqona yeni rəhbər TƏYİNATI 
    
                          
     
                         19.06.2019
 
    
                        ABŞ prezidenti Donald Tramp Pentaqona yeni rəhbər təyin edib.
 Tramp bu barədə Tvitter səhifəsində yazıb.
O bildirib ki, müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahanın ailəsinə daha çox vaxt sərf etmək istəyi bu vəzifədən getməsinə qərar verib. 
Tramp Pentaqon rəhbərliyinə ABŞ-ın quru qoşunlarının komandanı Mark Esperi təyin edib.
ABŞ prezidenti yeni nazir vəzifəsini icra edəcək Mark haqqında qeyd edib ki, onu yaxşı tanıyır və işinin öhdəsindən əla gələcəyinə şübhə etmir.