30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onlara çəkdiyin dağı unutmayacaqlar - Mübariz Mənsimov

19.06.2019

Adaşım, bu gün sənin şəhidlik zirvəsinə yüksəlməyindən düz 9 il ötür. Bu gün Mübariz olduğun gündür.
Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı milyarder, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov qeyd edib. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının 9-cu ili ilə bağlı ürək sözlərini yazıb:
"9 il əvvəl sən yenidən düşmənlərə sübut etdin ki, Azərbaycan əsgəri onları əzib keçər və heç kim, heç bir qüvvə bizim qəhrəman əsgərlərin qarşısını ala bilməz. Bu xalq öz vətənini göz bəbəyi kimi qoruyan və canını fəda edən onminlərlə gənc yetişdirib. Tariximiz boyu igid qəhrəmanlarımızla fəxr etmişik. Bu gün o fəxri sən bizə şəhid olaraq yaşatdın. Biz də sənin simanda bütün şəhidlərin ailələrini göz bəbəyimiz kimi qoruyub yaşatmalıyıq”.
M.Mənsimov bildirib ki, bu gün hamı Mübarizdən danışır:
"Bu gün səndən düşmən də çox danışacaq. Çünki onlara çəkdiyin dağı əsirlər keçsə də, unutmayacaqlar. Biz də şəhidlərimizi heç vaxt unutmuruq və unutdurmayacayıq. Ruhun şad olsun, Mübariz!”