30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəşad Sadıqov: "Yaxşı hazırlaşmalıyıq”

18.06.2019

"Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı mübarizə aparacağıq. Ötən il də bu ölkənin komandası ilə qarşılaşmışdıq”.
Bunu Azərbaycan çempionu "Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.
Ağdam klubunun kapitanı olan 37 yaşlı müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. O bildirib ki, ilk mərhələdə qarşılaşacaqları Albaniyanın "Partizani”sinə qarşı lazımi oyun göstərmək üçün yaxşı hazırlaşmalıdırlar: "Bu oyuna çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyəti rəqibi analiz edəcək. Bizə lazımi məlumatı verəcək. Hazırda ən vacib odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, hər rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq”.