03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Reket"ə 11 il cəza verildi

18.06.2019

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham edilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Mürsəlov 11 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ulə tələb etmə) maddəsi ilə təqsirli bilnib. Cinayət işi üzrə Vəli Əmirov, Rahim Muradov, Afərin Cavadova və bir ailənin 3 üzvü Rübabə Xudiyeva, Qorxam Xudiyev və Qətibə Xudiyeva zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu Azərbaycan hüdudlarından qaçaraq istintaqdan yayındığna görə, 2017-ci ilin may ayında Azərbaycan onu "İnterpol" xətti ilə axtarışa verib. Bu ilin fevral ayında M.Mürsəlov saxlanılaraq Azərbaycana təhvil verilib.