03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Facebook”un öz valyutası olacaq

18.06.2019

"Facebook” sosial şəbəkəsinin rəhbərliyi "Calibra” adlı törəmə şirkətinin yaradıldığını elan edib. Şirkətin başlıca fəaliyyəti "Libra” kriptovalyuta əsasında maliyyə xidmətlərinin göstərilməsindən ibarət olacaq.
"Calibra” ilk məhsulunu - blokçeyn texnologiyasına əsaslanan yeni "Libra” adlı valyuta üçün rəqəmsal pul kisəsi təqdim edəcək”, - deyə sosial şəbəkənin rəsmi hesabında çıxan məlumatda deyilir.
Kriptovalyuta üçün rəqəmsal pul kisəsindən həm "Messenger”, həm də "WhatsApp” istifadəçiləri yararlana biləcək. Bundan başqa, 2020-ci ilə kimi ayrıca tətbiqin buraxılacağı bildirilir.