03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çindən turist axını gözlənilir

18.06.2019

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi çox vacib idi.
Bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib.
Dövlət Turizm Agentliyinin sədri deyib ki, Bakıya 37 ölkədən turizm administrasiyalarının rəhbərləri gəlib: "Bu insanları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi. Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam nümayəndə heyətlərini Yanardağ kompleksinə aparacağıq".
F.Nağıyev qeyd edib ki, Çinlə bağlanan müqavilə əsasında Azərbaycana bu ölkədən çoxlu turist gələcək.