09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cümhuriyyətlə yaşıd olan azərbaycanlılar...

06.04.2018

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ölkə səviyyəsində qeyd olunacaq. Bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb. Ölkə daxili və ölkə xaricində genişmiqyaslı tədbirlərin keçiriləcəyi gözlənilir.
Maraqlıdır, hazırda Cümhuriyyətlə yaşıd neçə Azərbaycan vətəndaşı var?
Azərbaycanda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib ki, 2018-ci il yanvarın 1-nə olan vəziyyətə görə Azərbaycan Respublikası üzrə 100 və daha yuxarı yaşda olan əhalinin sayı 749 nəfərdir.
"Onlardan 183 nəfəri kişilər, 566 nəfəri qadınlardır”.
Uzunömürlülər əsasən Lerik, Tovuz, Gədəbəy, İsmayıllıda üstünlük təşkil edir.
"DM"