03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karateçilərimizin uğurları

18.06.2019

İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə "Qazaxıstan Open” turniri keçirilib. 
Turnirdə iştirak edən Azərbaycan yığma komandası 2 qızıl, 2 gümüş və 6 bürünc medala layiq görülüb. Yığma komandamızın heyətində Qazaxıstana yollanan "Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da mükafatçılar sırasında yer alıb. Təmsilçimiz 14-15 yaşlı yeniyetmələrin yarışında gümüş medala sahib çıxıb.
"Qazaxıstan Open” turnirindən sonra karateçilərimiz Macarıstanın paytaxtı Budapeştə yollanıblar. Təmsilçilərimiz burada karate (WKF) üzrə dünya məktəblilərarası "Combat Games 2019” beynəlxalq turnirində mübarizə aparacaqlar.
İyunun 20-dək davam edəcək nüfuzlu yarışda "Judo Club 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.