03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün rəqiblər tanınacaq

18.06.2019

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası və Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qitənin ən ali turnirində Azərbaycanı ölkə çempionu "Qarabağ” təmsil edəcək.
Ağdam təmsilçisinin mümkün rəqibləri "Valletta” (Malta), "Sarayevo” (Bosniya və Herseqovina), "Sutyeska” (Monteneqro), "Partizani” (Albaniya) və "Saburtalo” (Gürcüstan) klublarıdır.
Avropa Liqasında isə ölkəmizi "Neftçi”, "Səbail” və "Qəbələ” komandaları təmsil edəcək.
"Neftçi”nin potensial rəqibləri "Hibernians” (Malta), "Rujomberok” (Slovakiya), "Pandev Akademiyası” (Makedoniya), "Speranta” (Nisporeni, Moldova) və ya "Zeta” (Monteneqro), "Səbail”in isə "Universitatya Krayova 1948” (Rumıniya), "Baltsan” (Malta), "Laçi” (Albaniya), "Şkupi” (Makedoniya), "Petrokub-Hincesti” (Moldova) və ya "Narva Trans” (Estoniya) klublarıdır.
Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan Kubokunun qalibi "Qəbələ”nin rəqibi isə iyunun 19-da müəyyənləşəcək.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyul, Avropa Liqasında isə iyulun 11-i və 18-də keçiriləcək.