02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"PSJ" Neymarı satır?

17.06.2019

Fransanın PSJ klubu yay transfer pəncərəsində braziliyalı futbol ulduzu Neymarla yollarını ayırmağa hazırdır.
"L'Equipe” nəşrinin məlumata əsasən, bunun üçün klub rəhbərliyi sərfəli təklifin gəlməsini gözləyir: məbləğ 222 milyon avrodan çox olmalıdır.
Bu məbləğdə pulu PSJ Neymarı heyətinə qatmaq üçün 2017-ci ildə "Barselona”ya ödəmişdi.
Nəşrin mənbəsinin bildirdiyinə görə, futbolçu son həftələr qohumlarına yorulduğunu bildirir, PSJ-də qalmağın ona çətin olduğundan gileylənir.
Oyunçunun agenti Pini Zahavi futbolçunun İspaniyaya qaytarılması istiqamətində işlər aparır. Neymarın "Barselona” klubunda hələ də bir çox futbolçularla, o cümlədən Messi ilə yaxşı münasibətləri davam edir.