01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə-ABŞ ziddiyyəti burdan başlayır...

17.06.2019

ABŞ-Türkiyə arasındakı fikir ayrılıqları sadəcə S-400 və F-35 məsələləri ilə əlaqələndirilməməlidir.
Bu sözləri TÜRKSAM rəhbəri Əhməd Gəncəhan Babiş deyib.
O bildirib ki, problem əsasən ABŞ-ın terror qruplarına verdiyi dəstəkdən başlanır:
"Ən başlıcası FETÖ rəhbəri Fətullah Gülən hələ də ABŞ-dadır. Onun Türkiyəyə təhvil verilməsi ilə bağlı kiçik bir işarət belə yoxdur. ABŞ PKK-nın qanadı YPG-yə də dəstək verir. Burada da Amerikanın geri çəkilmək meylini görmürük. Yaxın keçmişdə Gülənin ekstradisiyası üçün Türkiyə bir yük maşını qədər sənəd göndərdi. ABŞ isə qanlı terrorçulara silah daşıdı. Digər tərəfdən, İran və Venesuelaya sanksiyalar məsələsində də iki dövlət fərqli siyasi baxışa malikdir”.
Babiş onu əlavə edib ki, ermənilərin 1915-ci il qondarma soyqırım iddiaları isə Türkiyə-ABŞ arasında xroniki bir problemdir.